Turistlər üçün

Təyyarədə yer seçimi 

Tez-tez səyahətə çıxanlardansınızsa, uçuş zamanı komfort hiss etmək üçün təyyarəyə bilet alarkən yer seçiminə diqqət etməlisiniz.
İlk öncə biletinizi seçərkən pəncərə kənarında olan yerlərə üstünlük verin, bu zaman başınızı pəncərəyə söykəyərək rahat yuxuya gedə bilər, eyni zamanda kənarda oturarkən gəlib keçənlərin sizi narahat etməsindən uzaq ola bilərsiniz.
Daha sonra seçim edərkən təyyarənin qanadlarına yaxın yerləri seçin, qanadlar təyyarənin ağırlıq mərkəzinə yaxın olduğu üçün, burada qasırğa(turbulans) daha az müşahidə edilir.
Hər birinizə xoş səyahətlər arzu edirik...