Şirkət haqqında

“ Omega turizm və Xaricdə Təhsil Agentliyi ” MMC 2015 – ci ildən çox profilli turoperator olaraq Azərbaycanda və Dünyanın istənilən ölkəsində istirahət və biznes səyahətlərinin təşkilində aktiv və yenilikçi şirkət olaraq tanınır. Şirkət  yarandığı gündən işindəki əsas üstünlüyü, insanların daim səyahətə can atmaq kimi arzularını həyata keçirməkdə görür. Bunun üçün  bütün yeni istiqamət və marşrutları tapır, istənilən büdcə üçün əlverişli olan ən yaxşı otelləri təklif edir. Hazırda Omega Turizm şirkəti turizmdə çoxsahəli fəaliyyət dairəsinə malikdir və müştərilərə  aviabiletlərin satışı, viza dəstəyi, daxili və xarici turların təşkili, otellərin rezervasiyası, tərcümə xidmətləri, xaricdə təhsil, xaricdə dil kursları kimi təkliflər edir.

          " Omega Turizm və Xaricdə təhsil agentliyi " MMC  hal-hazırda Azərbaycanın 2 şəhərində  Bakı və Cəlilabadda  fəaliyyət göstərir .

Şirkətin missiyası:

  • Etibarlı və müştəri məmnuniyyəti əsaslı, keyfiyyətli idarəetmə sistemi tətbiq etməklə xidmət göstərmək
  • Beynəlxalq turizm məkanında Azərbaycanı rəqabət qabiliyyətli turizm istiqaməti kimi inkişaf etdirmək
  • Həmvətənlərimizi dünyanın istənilən nöqtəsinə ən qısa marşurutla rahat və təhlükəsiz formada çatdırılmasını təmin etmək
  • Müştərilərin tələbinə uyğunlaşdırılmış və onlara müxtəlif növ tur məhsullarını təmin edən yüksək texnologiyalı çox profilli tur operatorun yaradılması
  • Mütəxəssislərinin profisionallıq dərəcələrini daim inkişaf etdirən və mütəxəssisləri ilə birgə inkişaf edən bir qurum olmaq
  • Nizamlı və sağlam böyümək, irəliləmək və maliyyə imkanlarımızı beynəlxalq səviyyəyə çatdırmaq

          “ Omega Turizm və Xaricdə təhsil Agentliyi ” MMC müştərilərə bu xidmətlərini təklif edir və qarşılıqlı faydalı əməkdaşlıga dəvət edir:       

-Xarici ölkələrə səyahətlərin təşkili.  
-Viza dəstəyi və sığorta 

             -Aviabiletlərin satışı      

             -Şimali Qafqazın və Ukraynanın kurortlarına (Yessentuki, Kislovodsk, Truskavets     və s.) yollayışların    verilməsi;
             - Avropanın və MDB ölkələrinin kurortlarına sifarişlərin      qəbulu;      
             - Ölkədaxili ( Quba, Nabran, Şamaxı, İsmayıllı, Qəbələ, Masallı, Lənkəran, Qusar, Şəki, Naxçıvan, Gəncə və s.) turizm bölgələrinə qrup şəklində və ailəvi istirahət turlarının təşkili; 
             - Azərbaycanın bölgələrində yerləşən hotellərdə, İstirahət mərkəzlərində, turist bazalarında otaqların, kotteclərin bron olunması          
             - 8-15-25-30-45 yerlik avtobuslarla ölkədaxili nəqliyyat xidməti. 
Yollayışları nağd və köçürmə yolu ilə almaq olar.

            Strukturu və müəssisə daxili mədəni əlaqələr (iş mühiti)

Şirkətdə öz işini bilən peşəkarlar çalışır və iş, müştərilərə yüksək xidmət göstərilməsi üçün dəqiqliklə bölüşdürülmüşdür. Əməkdaşların seçimi bir çox peşəkar və mənəvi xüsusiyyətlərə görə aparılmışdır ki, bu da təşkilati cəhətdən möhkəm komanda yaratmağa imkan vermişdir.

Fəaliyyətinin qısa müddət olmasına baxmayaraq “Omega Tourism” özünü etibarlı tərəfdaş kimi göstərmişdir və şirkət qısa müddət ərzində Azərbaycanda fəaliyyət göstərən turizm agentlikləri arasında özünəməxsus və əhəmiyyətli yerini tutmuşdur. “Omega Turizm və Xaricdə Təhsil Agentliyi ” MMC turizm bazarında aparıcı korporativ turizm şirkəti qismində fəaliyyət göstərir. Dünyanın istənilən yerə səyahət xidmətləri təklif edir.

Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, transfer , əvvəlcədən sifariş, sığorta,viza ilə əlaqədar xidmətlər ilə təmin edir.

“Omega Tourism” turizm bazarında aparıcı korporativ turizm şirkəti qismində fəaliyyət göstərir. Şirkət  dünyanın istənilən yerə səyahət xidmətləri təklif edir.

Yüksək ixtisaslı kadrların köməyi ilə şirkət öz fərdi müştərilərinin tələblərinə beynalxalq standartlarına uyğun olaraq öz keyfiyətli xidmətlərini göstərməyə çalışır.